Qonşu ölkədə meşədə üç metrlik piton tapıldı (Video izlə)

Rusiyanın Moskva vilayətinin Novı Milet kəndi yaxınlığında yolun yaxınlığında piton aşkarlanıb.

Bu barədə “Mojoblpojspas” İdarəsindən (Moskva Regional Yanğın və Xilasetmə Xidməti) xəbər verilib.

Bildirilir ki, nəhəng ilanı göbələk yığan ailə aşkarlayıb. Onlar işlərini görüb meşədən çıxarkən iri qutu tapıblar, içinə baxanda isə pitonu görüblər. Hadisə yerinə dərhal xilasedicilər çağırılıb.

“Mojoblpojspas” əməkdaşları ilanı ehtiyatla yanğınsöndürmə maşınına yükləyib, Balaşixa Baytarlıq Klinikasına aparıblar və orada mütəxəssislərə təhvil veriblər.

Məlum olub ki, üç metr uzunluğunda və 12 kq ağırlıqda olan piton qabıqdəyişmə dövründə olub.

“Boa Kaa” (cizgi filmin qəhrəmanı) qənaətbəxş vəziyyətdədir, qabıqdəyişmə mərhələsindədir”, – deyə baytar bildirib.

Hazırda piton üçün xüsusi volyer hazırlanır.

Xilasedicilər bildiriblər ki, analoji hadisə 2016-cı ildə də baş verib. Həmin vaxt bir metrlik piton xilas edilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi