Qonşu ölkədə məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Gürcüstanın ikinci ən böyük şəhəri olan Kutaisidə dövlət və özəl məktəblərin şagirdləri ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

Bu barədə Kutaisi şəhər meriyasından məlumat verilib.

Qeyd olunur ki, məktəblilərə ictimai nəqliyyatdan pulsuz istifadə üçün xüsusi kartlar veriləcək.

“Bununla da 33 619 şagird bələdiyyə nəqliyyatından pulsuz istifadə edə biləcək”, – deyə Kutaisi şəhər meriyasından bildirilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi