Qonşu ölkədə küçədə atışma: Ölənlər var (Video izlə)

Rusiyanın Krasnodar diyarında naməlum şəxs küçədə atəş açıb. Hadisə Krımsk şəhərindəki ticarət mərkəzi önündə baş verib. Kişi 3 nəfəri öldürdükdən sonra intihar edib.

Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, kişi güllələdiyi üç nəfərdən ikisini tanıyıb.

“İlkin məlumatlara görə, bu gün Krımsk şəhərinin Sineva küçəsində 66 yaşlı yerli sakin 1983 və 1969-cu il təvəllüdlü tanışlarına bir neçə dəfə atəş açıb və onlar aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Kişi tüfəngdən başqa bir şəxsə də atəş açaraq onu öldürüb. Hazırda üçüncü qurbanın şəxsiyyəti müəyyənləşdirilir”, – məlumatda deyilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi