Qonşu ölkədə fanat qrupu liderinin öldürülməsi anının kamera görüntüləri ortaya çıxdı (Video izlə)

Türkiyədə “Beşiktaş” futbol klubunun fanat qrupu liderlərindən olan Seyit Subaşı silahlı hücum nəticəsində öldürülüb. Qətl anı təhlükəsizlik kameralarına əks olunub. Qətlin kamera görüntüləri ortaya çıxıb.

Dostları ilə kafedə oturan Subaşı gözlənilmədən gülləyə tuş gəlib. 45 yaşlı Beşiktaş fanat qrupu  lideri xəstəxanada dünyasını dəyişib.

Görüntülər Bayrampaşa ticarət mərkəzindəki kafedə lentə alınıb.

Polis hücumu həyata keçirən şübhəlini hadisə yerindən 50 metr aralıda yaxalayıb.

Nəzarətə alınan şübhəli ilk ifadəsində “Beşiktaş” – “Karagümrük” oyununda Seyit Subaşı ilə tribunada mübahisə etdiklərini deyib. Hücumu da məhz bu səbəbdən etdiyini etiraf edib.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi