Qonşu ölkədə bağçaya silahlı hücum: İkisi uşaq olmaqla dörd nəfər öldü (Video izlə)

Rusiyanın Ulyanovsk vilayətində uşaq bağçasında ölümlə nəticələnən silahlı insident olub.

Məlumata görə, naməlum şəxs uşaq bağçasına silahla gəlib, dayəni və iki uşağı güllələyib, sonra isə özü də intihar edib.

İlkin versiyaya görə, hadisə günorta saatlarında uşaqlar yatarkən baş verib. Tərbiyəçi Yelena Karpova bağçanın qarşısında təmizlik işləri apararkən hücumçu əraziyə girib və ona atəş açıb, qadın qolundan yaralanıb. Qadın bağçaya tərəf qaçaraq həyəcan siqnalı qaldırıb.

Hücumçu bağçaya girərək ona maneə olmaq istəyən digər tərbiyəçi Olqa Mitrofanovanı da güllələyib, qadın aldığı yaralardan yerindəcə keçinib. Bundan sonra hücumçu uşaqlar yatan otağa girib, beş yaşında bir oğlanı və altı yaşında bir qızı güllələyib, ardınca intihar edib.

Cinayətkarın kimliyi müəyyənləşib. Bu, 26 yaşlı Ruslan Axtyamovdur. Cinayətin motivi hələlik məlum deyil. Dostların dediyinə görə, oğlan tənha həyat sürüb.

“İj-27” silahının isə 68 yaşlı Aleksandr Droninə məxsus olduğu ortaya çıxıb. Bu səhər Ruslan, atası Ruşan Axtyamov Aleksandr Droninlə birlikdə meşəyə yollanıb.

Hazırda Droninin cəsədi tapılıb, Ruşan Axtyamov axtarışdadır. Müstəntiqlər cinayətkarın öz atasını və təqaüdçünü vuraraq silahı götürdüyü versiyasını istisna etmir.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

Son üç il ərzində dünyada təyyarə qəzalarının STATİSTİKASI