Qış yuxusuna gedə bilməyən ayılar turizm mərkəzinə “hücum etdilər” (Video izlə)

Türkiyədə turizmin əhəmiyyətli mərkəzlərindən biri olan Uludağda qış yuxusuna gedə bilməyən və meşədə yemək tapa bilməyən ayılar yaşayış məntəqəsinə gələrək yemək axtarmağa başlayıblar.

Təbiətdə üç aydan yeddi aya qədər müddəti yuxu içində keçirən, mövsümdən asılı olaraq noyabr və ya dekabr aylarında yuxuya gedən və mart-aprel ayları arasında oyanan ayılar qış yuxusunu unudublar. Uludağda üç ayının gözünü yuxu tutmayıb.

Sarıalan yaşayış məntəqəsinə gələn ayılardan biri qar üzərində onu lentə alan işçilərə hücum edib. Həmin görüntülər anbaan qeydə alınıb.

Daha sonra ərazidəki restoran sahibləri ayılara çörək yedizdiriblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi