“Qırmızı planet”də hündürlüyü 250 metr olan meqasunami baş verib – FOTO

Kometa və ya asteroidin təsiri qədim zamanlarda su ilə örtülmüş Marsda 250 metr hündürlüyündə meqasunaminin yaranmasına səbəb olub.

Belə ki, amerikalı alimlər planetin səthində həmin zərbədən qalan krateri aşkar ediblər.

Onların fikrincə, ən güclü sunami Marsda uzaq keçmişdə, 66 milyon il əvvəl dinozavrların kütləvi məhvinə səbəb olan asteroidin Yerə düşməsindən sonra baş verib.

Qədim sunami barədə ilk məlumatlar 1976-cı ildə ABŞ-ın “Vikinq 1” kosmik gəmisi tərəfindən əldə olunub. O zaman aparat keçmişdə fəlakətli daşqın nəticəsində kanalın yarandığı əraziyə enib. Lakin son vaxtlara qədər zərbə kraterinin izlərinə rast gəlinməyib.

Planet İnstitutunda (Tukson, ABŞ) Aleksis Rodrigesin rəhbərlik etdiyi alimlər qrupu keçmiş orbital missiyalar əsasında yaradılmış Marsın səthinin xəritələrini təhlil edərək həmin sunamiyə səbəb ola biləcək zərbə kraterini müəyyən ediblər.

Pol adı verilən kraterin diametri 110 kilometrdir və qədim zamanlarda 120 metr dərinliyə qədər okeanla örtüldüyü güman edilən şimal yarımkürəsinin alçaq hissəsində yerləşir. Kraterin ərazisində daşların yerləşməsinin təhlili onun təxmini yaranma vaxtının təxminən 3,4 milyard il əvvəl olduğunu hesablamağa imkan verir.

Related posts

Çaya görə “Ginnesin Rekordlar Kitabı”na düşənlər

NASA zondu öz rekordunu yenilədi: Günəşə ən yaxın məsafəyə çatdı

Uşaqlar gün ərzində nə qədər konfet yeyə bilərlər? – Rusiyalı pediatrdan tövsiyə

1 şərh

liemasiper1984 Dekabr 14, 2022 - 10:51 axşam

True Casino online casino for real money that pays. Prompt payouts, pay any way you like. Wide range of different online games. Wide range of sports betting, online streaming, work worldwide. Come and win with us.

Add Comment