Qırmızı dənizdə yük gəmisinin ələ keçirilməsinin görüntüləri yayıldı (Video izlə)

Qırmızı dənizdə Yəmənin “Ənsarullah” (husilər) hərəkatı tərəfindən ələ keçirilən “Galaxy Leader”in operatoru Yaponiyanın “Nippon Yusen” (NYK Line) şirkətidir.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilir ki, göyərtədə Bolqarıstan, Meksika, Rumıniya, Ukrayna və Filippindən 25 ekipaj üzvü olub. Gəmi Böyük Britaniyadan olan bir şirkətə məxsusdur.

Sosial şəbəkələrdə gəminin husilər tərəfindən ələ keçirilməsinin görüntüləri yayılıb.

https://baku.tv/embed/107950

Xatırladaq ki, “Ənsarullah”ın sözçüsü Yəhya Səriya Qırmızı dənizdə İsrail gəmisini ələ keçirərək onu Yəmən sahillərinə çəkdiyini iddia edib. Bəyanata görə, heyət üzvləri saxlanılıblar.

Gəmi Baham adaları Birliyinin bayrağı altında üzüb. O, sonuncu dəfə yerləşdiyi yer haqqında məlumatı noyabrın 18-də saat 13:04-də ötürüb. Hazırda gəminin transponderləri sıradan çıxarılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi