Kiçik qayığın kapitanı ailəsi ilə birlikdə dənizdə üzən qızın üstündən keçib və avar vinti ilə onun əl və ayaq əzalarını qoparıb.
Qeyd olunur ki, Kolumbiyadan olan 24 yaşlı tələbə Yurani Vaneqas ailəsi ilə birlikdə San-Andreas adasına istirahət etmək üçün gedib. Bədbəxt hadisə ailə çimərlikdə vaxt keçirərkən baş verib. Zərərçəkmiş dərhal xəstəxanaya çatdırılsa da, çoxlu qan itirdiyindən qız sağ qala bilməyib.
Gəminin kapitanı suda qızı görmədiyini bildirib. O, özü polisə iş üzrə ifadə vermək üçün gəlib.