Qatarla toqquşmaya saniyələr qalmış xilas oldu – ANBAAN (Video izlə)

Qəzaya uğrayan təyyarənin pilotu qatarla toqquşmadan saniyələr əvvəl kabinədən çıxarılaraq xilas edilib.

Hadisə ABŞ-ın Los-Anceles şəhərində baş verib.

Pilotun xilas edilmə anı xüsusi xidmət orqanının əməkdaşının üzərindəki kameraya əks olunub.

Məlumata görə, “Cessna 172” yüngülmotorlu təyyarə Uaytman hava limanından qalxdıqdan sonra sərt eniş edib və dəmiryol keçidinin üstünə düşüb. Əməliyyat xidmətinin əməkdaşları pilotu qəzaya uğrayan təyyarədən çıxara biliblər. Bir neçə saniyədən sonra qatar yüksək sürətlə təyyarəyə çırpılıb.

Qəzanın səbəbləri hələ də araşdırılır. Pilot kabinədə tək olub. Yüngül xəsarətlər alan pilot xəstəxanaya yerləşdirilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi