Qaşıqçının qətlində şübhəli bilinən şəxsin kimliyi araşdırılır

Qafqaztimes xəbər verir ki, Reuters” agentliyinin məlumatına görə Parisin Şarl de Qoll hava limanını tərk etmək istəyən və polis tərəfindən həbs edilən Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyində işləyən şəxs səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində əli olmaqda şübhəli bilinən Səudiyyə vətəndaşı ilə eyni ada malik olub.

Fransa hökumətinin sözçüsü Qabriel Ethel bildirib: “Parisdəki Şarl de Qoll hava limanında Camal Qaşıqçının qətlində əli olmaqda şübhəli bilinərək həbs edilən şəxsin kimliyi ilə bağlı araşdırmalar aparılır.”

Qaşıqçının nişanlısı şübhəlinin həbsini müsbət qarşılayıb və Camal Qaşıqçının qətlindəki roluna görə mühakimə olunmalı olduğunu bildirib. Bununla belə, Səudiyyə Ərəbistanının Parisdəki səfirliyi məhbusun bu işə heç bir aidiyyəti olmadığını bildirib və onun dərhal azadlığa buraxılmasını tələb edib.

Fransa polisi və məhkəməsinə bağlı bir mənbə bu şəxsin adının Xalid Əl-Tayebi olduğunu bildirib. Belə ki, bu ad ABŞ-Britaniya sanksiyaları siyahısında və BMT-nin hesabatında adı çəkilən Səudiyyə Kral Qvardiyasının keçmiş üzvü olan şəxsin adı ilə oxşardır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya