Qasim Süleymani Qəzzəni müqavimət düşərgəsi mərkəzinə çevirdi

Fələstin İslami Cihada Hərəkatının nümayəndəsi Nasir Əbu Şərif şəhid general Süleymaninin Qüdsə olan diqqətini xatırladaraq deyib: Onun planları sayəsində raket istehsalı qüdrətinə yetişdik.

Təsnim İnformasiya Agentliyinin verdiyi məlumata görə Nasir Əbu Şərif İranda general Q.Süleymaninin şəhadətinə həsr olunmuş “Qüds Şəhidi” konfransında Qurani Kərimin sionistlərin zülmkar və hegemonluğu barədə ayələrinə istinad edərək deyib: Bütün ölkələr xalqlarının yaxşı yaşaması çalışsalar da bu məsələ işğalçı İsrail rejimində əksinədir. Çünki bu rejim gəncləri alkoqol içki, narkomaniya və əxlaqi fəsadlara yönəlməsinə bir növ kömək edir.

İsrailin 20%-ni fələstinli müsəlmanlar təşkil etdiyini vurğulayan Əbu Şərif deyib: Fələstinli müsəlmanlar təcavüzkar rejimin təfəkkr tərzi təsiri altına düşməkdə idilər. Amma İran İslam İnqilabından sonra fələstinlilər yenidən islami dəyərlərə geri döndülər. Kəfər Qasim kimi bir çox işğal olunmuş kəndlərdə məscidlər yenidən rövnəqə gəldi.

Related posts

Qəzza Qəssabı

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik

Rafael Qrossi Fordo və Nətənzdə