Qaradağda ağır qəza: Yaralananlar var – FOTO/VİDEO

Bu gün saat 17:45 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 39-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Eyni istiqamətdə hərəkətdə olan “Changan” markalı minik avtomobili ilə “Hyundai” markalı yük avtomobili toqquşub və zərbənin təsiri nəticəsində “Changan” markalı avtomobil aşıb.

Hadisə zamanı “Changan” markalı nəqliyyat vasitəsində olan iki nəfər sərnişin xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir