Qaradərili gəncin öldürülməsinə qarşı etirazlar davam edir/ ABŞ polisi səs qumbaralarından istifadə edib + Video

Qafqaztimes xəbər verir ki, amerikalıların 20 yaşlı qara qaradərili Dante Raytın ABŞ polisi tərəfindən qətlə yetirilməsinə qarşı “Bruklin Senter” polis bölməsinin qarşısında keçirilən etiraz aksiyalarının ikinci gecəsində, polis etirazçıların əleyhinə gözyaşardıcı qazdan və səs bombasından istifadə edib.
Bazar günü ABŞ polisi tərəfindən Corc Floydun öldürüldüyü yerdən 16 km məsafədə 20 yaşlı Dante Rayt adlı bir avtomobil sürücüsünə atəş açılaraq onun qətlinə səbəb olduqdan sonra etirazçılar ikinci gecə ardıcıl  olaraq Bruklin küçələrinə çıxdılar.
ABŞ Prezidenti Co Bayden isə iğtişaşlar və talanlara heç bir əsas olmadığını söyləyərək polis zorakılığına qarşı aksiya keçirənləri dinc etirazlara çağırıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib