Azərbaycanın Şuşa şəhərinin yaxınlığında, Daşaltı dərəsində yerləşən Çətir şəlaləsi 30 ilə yaxın düşmən işğalı altında olub.
Qarlı qış günündə Çətir şəlaləsinin yolu sadəcə bir cığırdan ibarətdir.
Qarabağ separatçılarının rəsmisi Lusine Qaraxanyan 44 günlük Vətən müharibəsindən sonra şəlalənin olduğu ərazinin neytral zona sayıldığını açıqlayıb.
Şuşa ərazisində qədim insanların 200-250 min il bundan əvvəl yaşamağa başlamaları və bu diyarın qədim sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilib. 1971-1975-ci illərdə Azərbaycanlı alim, paleontoloq, Azərbaycan paleontologiyası məktəbinin banisi, arxeoloq, tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji qazıntılar nəticəsində Şuşa şəhəri yaxınlığında, Cıdır düzünün aşağı hissəsində paleolit mədəniyyətinə aid qədim insan düşərgəsi aşkar olunub.
Çətir şəlaləsi – Şuşa rayonunda Daşaltı dərəsində yerləşir. Çətirə bənzərliyinə görə Çətir Şəlaləsi adlanan şəlaləyə suyun yaratdığı nadir səsə görə “Şır-şır” şəlaləsi də deyilir. Şəlalə çətir şəklindədir. Ətrafından axan sular buz bağlayıb. İnsan özünü nağıl aləmində hiss edir. Gözəllik insanı valeh edir. İnsan sadəcə nəfəsini çəkib saatlarla dayanıb tamaşa etmək istəyir. Yüz min illərdir ki, Şuşanın dağlarından qayalarından süzüb gələn su buradan da Daşaltı çayına tökülür.
30 ildən çoxdur ki, ermənilər bu təbiət möcüzəsinə “Mamrot Kar” və ya “Zontikner” deyirdilər. Həmin illərdə işğalçı rejim Qarabağın belə görməli yerlərinə maksimum turist cəlb etməyə çalışıb. Xüsusilə Rusiya, Almaniya və Fransadan gələn turistlərə ərazinin Ermənistan ərazisi kimi təqdim edib.