Qarabağda traktor aşdı, ölən var – FOTO

Kəlbəcər rayonunda traktor aşıb, ölən var.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun verdiyi məlumata görə, hadisə noyabrın 18-də rayonun Bağlıpəyə kəndində baş verib.

Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Tağıyev Fariz Rəhim oğlu idarə etdiyi “ZL 50” markalı traktor tipli frontal yükləyicinin idarəetmədən çıxaraq aşması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir