Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində başlayan atışmaların bəzi təfərrüatları məlum olub:
Belə ki, Ermənistan ordusunun Kəlbəcər rayonu ilə sərhəddə yerləşən postlarının birindən Azərbaycan ordusuna məxsus post atəşə tutulub (postlar arasında məsafə 50 metrdir). Atışmalar zamanı hərbi qulluqçumuz snayperdən açılan atəş nəticəsində şəhid olub.
Daha sonra ordumuz düşmənə cavab atəşi açıb. Atışmalar nəticəsində Ermənistan ordusuna məxsus həmin post əsgərlərimiz tərəfindən məhv edilib və qarşı tərəfin 5-ə yaxın hərbçisi ölüb və çox sayda yaralı var. Ərazidə -15 dərəcə şaxta olduğu üçün, düşmən yaralılarını və hərbi postu qoyaraq qaçıb.
Bu gün Ermənistan Silahlı Qüvvələri heç bir səbəb olmadan sərhəd zastavamızı atəşə tutub. Vəziyyəti başa düşmək üçün – düşmən postu (daha doğrusu, yerləşirdi) bizdən 50 metr məsafədə bir yerdədir. Əsgərimizin tamamilə məqsədyönlü (ehtimal ki, snayper tərəfindən) əsassız qətl hadisəsi baş verib ki, bu da düşmən əsgərləri yuxarıdan gələn əmrlə hərəkət etdiklərini bildirir.
Bundan sonra Ermənistan tərəfi hərbçilərimizin “intiqamı”ndan ehtiyat edərək dərhal Rusiya sülhməramlılarına üz tutub. Baxmayaraq ki, sərhədin Kəlbəcər hissəsi, bildiyiniz kimi, Rus SMQ-nin müvəqqəti məsuliyyət zonasına daxil deyil. Bu zaman ruslar erməni tərəfinin xəbəri (daha doğrusu, şikayəti) ilə bizim tərəfə zəng edərək oradakı vəziyyətlə maraqlananda erməni tərəfi yenidən bizim posta atəş açıb. Xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Bundan sonra atışmanın baş verdiyi erməni postu məhv edilib. Əldə etdiyimiz məlumata görə, düşmənin 3-dən 5-ə qədər itkisi var. Elə həmin postda tərk edilmiş bir neçə yaralı var.
Bu gün Ermənistann Müdafiə Nazirliyinin həlak olan hərbçilərindən ikisinin ad və soyadları dəqiqləşib.
Onlar Artur Mxitaryanın və Rudik Qaribyandır. Daha 4 erməni hərbçinin ağır yaralandığı vurğulanır.