Qarabağda ayı sakinə hücum edərək xəsarət yetirdi (Video izlə)

Laçında ayı sakinə hücum edib.

Bu barədə Laçın təcili və təxirəsalınmaz tibbi yardım briqadasının həkimi Orxan Cəbrayıl bildirib.

O qeyd edib ki, meşədən çıxan ayı rayonun Qorçu kənd sakini Nicat Qasımova hücum edib.

Nəticədə N.Qasımov sağ bud, sağrı və sağ əlindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir