Qara dəniz üzərində Amerika qırıcısı bir rus qırıcısı tərəfindən təqib edilib

Qafqaztmes xəbər verir ki, Sputnik-in verdiyi məlumata görə, Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzi Sukhoi Su-27 qırıcı təyyarəsinin Qara dəniz üzərində uçan Amerika təyyarəsini təqib etdiyini bildirib.

Məlumata görə, Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzindən verilən açıqlamada bu gün Rusiya hava məkanına nəzarət sistemlərinin Qara dəniz üzərində Rusiya sərhədinə yaxınlaşan bir hava hədəfini təyin etdiyi xəbər verilib. Bu hədəfi müəyyən etmək üçün Sukhoi-27 qırıcısı təyyarəsi havaya qaldırılıb. Qeyd olunan bu xarici təyyarə ABŞ Hava Qüvvələrinə məxsus RC-135 kəşfiyyat təyyarəsi olub. Rus qırıcı təyyarəsi Qara dəniz üzərində ABŞ təyyərəsini təqib edib.

Bu açıqlamada, Rusiya qırıcı təyyarəsinin beynəlxalq hava məkanı qaydalarına tam uyğun olaraq havaya qaldırıldığı əlavə edilib. Qeyd edilib ki, bu addımla Rusiya sərhədinin pozulmasına icazə verilməyib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır