Türkiyənin “Bodrum Bələdiyyəsi Masterler” komandasının qapıçısı Fatih Mumcu vəfat edib.
43 yaşlı qapıçı Ege Bölgəsi Masterler Futbol Federasiyası Liqasının keçirdiyi turnir zamanı “9 sentyabr Masterler”ə qarşı matçda ürəyi dayanması səbəbindən dünyasını dəyişib. Mərhumu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, veteran qolkiper peşakar karyerasında “Batman Petrolspor” və “Tavşanlı Linyitspor”da çıxış edib.