Hindistanda “SpiceJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi sol qanadının alovlanmasından sonra Bihta Hərbi Hava Qüvvələri bazasına məcburi eniş edib.
Məlumata görə, onun göyərtəsində 185 sərnişin olub.
Polis və hava limanı əməkdaşları hadisə yerinə gəldikdən sonra sərnişinlər təyyarədən təxliyyə edilib.
“SpiceJet”dən verilən açıqlamada təyyarənin Patnadan Dehliyə uçduğu bildirilib. Uçuş zamanı ekipaj mühərrikə quşun girməsindən şübhələnib.
Hadisənin təfərrüatları araşdırılır.