Sionist rejimin müharibə naziri Həmasla girov razılaşması üçün fürsəti əldən verməməsi barədə xəbərdarlıq edib.
İRNA-nın məlumatına əsasən, Yoav Qallant bu gün (30 iyul) X sosial media hesabında yazıb: Baş nazir Benyamin Netanyahunun Həmasa qoyduğu yeni şərtləri girov mübadiləsində razılaşmaya böyük maneə yaradacaq. Bu səbəbdən də Həmas girov mübadiləsinə hazır olduğunu deyirsə, bu fürsətdən istifadə etmək lazımdır.
Qeyd edək ki, müharibə naziri bundan əvvəl də Livan Hizbullahının Məcdəl Şəms hadisəsində rolunu araşdırmaq üçün Müharibə Kabinetində keçirilən iclasda Netanyahuya Həmasla girov mübadiləsi məsələsində razılığa gəlmə barədə xəbərdarlıq etmişdi.
Eyni zamanda sionist rejimin 13-cü telekanalı elan etmişdi ki, Qallant bu iclasda deyib: Netanyahunun məqsədi fələstinlilərin Qəzzənin şimalına qayıtmasına mane olmaqdırsa, bu məsələni fürsəti əldən vermədən həll etmək mümkündür.