Qallant: ABŞ-ın hərbi dəstəyi bizim üçün önəmlidir

Qallant: ABŞ-ın hərbi dəstəyi bizim üçün önəmlidir

İsrailin müharibə naziri ABŞ-ın yeni hərbi yardım paketinin zərurətini vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Yoav Qallant bu gün (14 avqust) deyib: Bizim Dost-düşmənlərimiz Vaşinqtonla olan münasibətlərimizdən xəbərdardır. Amerikanın bizə hərbi yardımları bizim mənfəətimizi təhdid edənlər üçün önəmli mesajdır. Elə bu cəhətdən də onların bizə bu yardımları çox əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 20 milyard dollardan çox məbləğdə F-15 qırıcı təyyarələri və müvafiq avadanlıqların İsrailə mümkün satışını təsdiqləyib.

Sənədə görə, İsrail bundan əvvəl ABŞ-yə 50 ədəd yeni çoxməqsədli F-15IA qırıcısı, mövcud F-15I qırıcılarının modifikasiyası üçün dəstlər, həmçinin mühərriklər, radarlar, buraxılış qurğuları və digər avadanlıqların alınması ilə bağlı sorğu göndərib. Təsdiq edilmiş müqavilə çərçivəsində təyyarə və avadanlıqların tədarükünə 2029-cu ildə başlanacağı gözlənilir. Pentaqona görə, İsrailə döyüş təyyarələrinin satışı “bölgədəki hərbi qüvvələrin əsas balansını pozmayacaq”.

Related posts

İsrailin İranla Müharibəsi Gündə Yüzlərlə Milyon Dollara Başa Gəlir

Hizbullah Baş Katibi Şeyx Nəim Qasimin İran Əleyhinə Amerika-“İsrail” Təcavüzü Barədə Bəyanatı

Adını belə çəkməyə qorxduğunuz o lider dərsinizi verdimi?