Qalib gələn komanda çempionluğu qaranlıqda qeyd etdi (Video izlə)

Futbol üzrə Peru çempionatında qalib bəlli olub.

Liqa 1-in pley-off matçında iki titullu komandalar “Alyansa Lima” və “Üniversitario” kollektivləri qarşılaşıb.

Tərəflərin ilk görüşündə 1-1 hesabı qeydə alınıb. “Alexandro Vilyanueva” stadionunda keçirilən revanş matçında isə “Üniversitario” 2-0 hesabı ilə qalib gəlib.

Qonaqların qələbəsindən hiddətlənən stadion rəhbərliyi finiş fitindən dərhal sonra arenanın işıqlarını söndürüb. 10 illik fasilədən sonra yenidən Peru çempionu olan “Üniversitario” zəfəri qaranlıqda qeyd etməyə məcbur qalıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi