Qadın relslərin üzərinə yıxıldı: Metroda qorxulu anlar (Video izlə)

Rusiyada metroda qatar gələn vaxt yaşlı qadın relslərin üzərinə yıxılıb. Bunu görən sərnişinlərdən biri dərhal ora tullanaraq qadını çıxmağa kömək edib.

Hadisə Moskva metropoliteninin “Tekstilşiki” stansiyasında baş verib.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Kadrlarda sarı gödəkçə geyinən gəncin qadını platformaya çıxarması əks olunub.

Məlumata görə, həmin vaxt gələn qatarın maşinisti qatarı vaxtında dayandıra bilib və böyük faciənin qarşısı alınıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi