Qadın həbsxanasında üsyan: Məhbusları hamama doldurub yandırdılar – FOTO

Hondurasın Fransisko Morazan departamentində “Cefas” Qadın Sosial Adaptasiya Mərkəzində üsyan baş qaldırıb.

Nəticədə 41 qadın məhbus od vurulan müəssisənin binasında yanaraq ölüb, daha yeddi məhbus isə bıçaq xəsarətlərindən həyatını itirib.

Hadisə “Mara Salvatrucha” və “Barrio 18” cinayətkar dəstələrinin üzvlərinin toqquşması səbəbindən baş verib.

Məlumata görə, qadınlar hamamda yanaraq can veriblər. Dəstə üzvlərinin rəqiblərini hamamda qapatdıqları və modulları yandırdıqları ehtimal edilir.

Ölkə hakimiyyəti insident qurbanlarının sayı barədə məlumatı rəsmi olaraq hələlik təsdiq etməyib. Təhlükəsizlik nazirinin müavini Semma Vilyanueva hüquq-mühafizə orqanlarının və yanğınsöndürənlərin təcili şəkildə vəziyyətə müdaxilə etdiklərini və penitensiar müəssisədə fövqəladə vəziyyət elan edildiyini bildirib.

Qadın həbsxanasında baş verən insidentdə zərər çəkən beş məhbus yerli xəstəxanaya çatdırılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi