Qaçmağa çalışan məhkum dron vasitəsi ilə tapıldı – VİDEO

Qaçmağa çalışan məhkum dron vasitəsilə ələ keçirilib.

Hadisə Türkiyənin Şanlıurfa vilayətinin Viranşehir rayonunda baş verib.

Narkotik maddə istehsalı və ticarəti ittihamı üzrə 10 il 10 ay həbs cəzası alan məhkum üç saat ərzində tarlalar boyu 10 kilometr məsafəni piyada qaçıb.

Polis qüvvələri şübhəlini piyada, avtomobil və dron vasitəsilə təqib ediblər və nəticədə dronla tutmağa nail olublar.

Saxlanılan məhkum Karaköprü Qapalı Cəza Müəssisəsinə təhvil verilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi