Qəzzada Səudiyyənin fitnəsi və HƏMAS-ın müqavimətə dəstəyi

QafqazTimes xəbər verir ki, təxminən iki həftə əvvəl Qəzza zolağının əhalisi İslami Cihad hərəkatının dəvəti ilə Səudiyyə koalisiyasının Yəməndəki cinayətlərini və bu ölkənin kütləvi bombardmanını pisləmək üçün böyük bir nümayiş keçirdi.

Əl-Əxbarın məlumatına görə, bu nümayiş Səudiyyə rəsmilərini qəzəbləndirib və onlar Ramallahda bəzi Fələstin Muxtariyyəti rəsmiləri ilə danışıqlarda məyus olduqlarını bildiriblər. Buna görə də onlar “İbn Baz” xeyriyyə cəmiyyəti və sələfi icması da daxil olmaqla, onlara yaxın qruplara bu nümayişləri pisləməyi və təşkilatçıların imicini ləkələməyi göstəriş veriblər.

Qeyd olunan nümayişlərə cavab olaraq, İbn Baz cəmiyyəti Səudiyyə sələfi fiqurları ilə əlaqəsi olan Qəzza zolağında əvvəlcədən hazırlanmış plan çərçivəsində toplantı keçirmiş və bu mitinqdə İran, Hizbullah, Suriya hökuməti və müqavimət liderləri əleyhinə şüarlar səsləndirmişlər. Bundan əlavə, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın, şəhid komandir Qasim Süleymaninin və bəzi müqavimət liderlərinin fotolarını yandırıblar.

Əl-Əxbar yazıb ki, HƏMAS bu addımları pisləyən rəsmi bəyanat yayıb. Bəyanatda deyilir: “Bu, Fələstin xalqının dəyərlərinə ziddir. Bizim və millətin yeganə düşməni sionist işğalçıdır. Heç bir şəxsin və ya tərəfin Qəzza zolağının boş ərazisindən sui-istifadə edərək ərəb və müsəlman qardaşlarımızı təhqir etməyə haqqı yoxdur.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya