QafqazTimes xəbər verir ki, İslami Cihadın hərbi qanadı olan Səraya əl-Qüds hərəkatının yüzlərlə üzvü dünən gecə (bazar günü) işğal altındakı qərb zolağının şimalında Cenin düşərgəsi münaqişəsinin 20-ci ildönümünü qeyd etmək üçün hərbi nümayiş keçiriblər.
“Anadolu” Xəbər Agentliyinin məlumatına görə, Səraya əl-Qüds qüvvələri Qəzzanın Əl-Nəsirat bölgəsinin küçələrində müxtəlif hərbi silahlar, həmçinin 2002-ci ildə sionist işğalçılarla baş verən Cenin münaqişənin şəhidlərinin fotoşəkillərinin nümayiş etdiriblər.
Hərbi nümayiş zamanı əhali Səraya əl-Qüds qüvvələrinin müxtəlif bölmələrini müşahidə etmək üçün küçələrə çıxıblar.
Adı açıqlanmayan Səraya əl-Qüds qüvvələrindən biri hərbi paradda çıxışı zamanı deyib: “Bu gün biz bütün dünyaya işğala qarşı müqavimət yolunun davam etdiyini vurğulamaq üçün küçələrə çıxmışıq.”
O, işğalçıların təcavüzləri müqabilində susmayacaqlarını vurğulayaraq belə əlavə edib: “Müstəmləkəçilərə qarşı hərbi əməliyyatların davam etdirilməsi cihad və müqavimət yolunun davam etdirilməsinin bariz göstəricisidir və millətimiz Fələstin torpağından bir qarışı belə əldən verməyəcəkdir.”