Qəzzada “Qasim-10” raketinin uğurlu sınağı

Qafqaztimes xəbər verir ki, Fələstinin Azadlığı Demokratik Cəbhəsinin hərbi qolu olan “Kətaib əl-Muqavəmə əl-Vətəniyyə” sionist rejimin fələstinlilərə qarşı təcavüzünü davam etməsi barədə sərt xəbərdarlıq edərək, “Qasim-10” sınaq raketlərini dənizə doğru atıb.

“Kətaib əl-Müqavəmə” sionist rejimin 2008-ci ildə Qəzzə zolağına hücumunun (Furqan döyüşü) on üçüncü ildönümündə vurğulayıb: “Müqavimət fələstinlilər üçün güclü qalxan olaraq qalacaq və onların torpaqlarını, müqəddəs məkanlarını, hüquqlarını və zindanlarda olan əsirləri müdafiə edəcəkdir.”

Qrup həmçinin bazar ertəsi səhər hərbi qabiliyyətini artırmaq üçün dənizə Qasim-10 adlı bir neçə sınaq raketi atdığını açıqlayıb.

“Kətaib əl-Məqavəmə” işğalçıların törətdikləri hər cür axmaqlığı dəf etməyə hazır olduqlarını vurğulayaraq deyib: “Bu raket sınağı qabiliyyətlərin inkişafı və “Qüds qılıncı” döyüşündə sərf olunanların kompensasiyası çərçivəsində həyata keçirilir.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya