İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə, iyunun 6-da, cümə günü, Qəzza zolağının cənubunda yerləşən Xan-Yunis şəhərində partlayıcı ilə doldurulmuş binanın partlaması nəticəsində dörd israilli hərbçi məhv edilib, daha beşi ağır yaralanıb.
İsrail Ordusunun (SAXAL) bildirdiyinə görə, hərbi dəstə obyektdə terror infrastrukturu, o cümlədən tunellərin mövcudluğunu yoxlayarkən partlayış nəticəsində bina çöküb.
Cari həftə ərzində Qəzzada səkkiz israilli əsgər məhv edilib — bu, yanvar ayının əvvəlindən bəri bir həftədə qeydə alınmış ən yüksək itki sayıdır. 2023-cü il oktyabrın 7-də müharibə başladıqdan bu yana ümumi hərbi itki sayı 866 nəfərə çatıb.