Qəzzada 7 sionist hərbçinin öldüyü və yaralandığı elan edilib

Sionist rejimin mediası Qəzza zolağında iki hərbçinin öldüyünü, daha beşinin isə yaralandığını xəbər verib.

Qafqaz Times-ın məlumatına görə, İsrail mediası bu gün Qəzza zolağında baş verən hadisə nəticəsində iki əsgərin həlak olduğunu və beş hərbçinin də yaralandığını bildirib. Yaralı əsgərlərin vəziyyətinin ağır olduğu qeyd olunub.

Bununla belə, İsrail ordusu yalnız bir əsgərin öldüyünü və bir zabitin yaralandığını etiraf edib.

Bundan əvvəl ivrit dilli media “təhlükəsizlik insidenti” adlandırdıqları hadisə ilə bağlı məlumat yayaraq, Qəzzada bir binanın İsrail əsgərlərinin üzərinə çökdüyünü qeyd etmiş, lakin bu dağıdıcı müqavimət hücumu barədə əlavə təfərrüat verməmişdi.

Bundan bir neçə saat əvvəl də İsrail mediası müqavimət döyüşçüləri tərəfindən hərbçilərinə qarşı endirilən başqa bir ölümcül zərbəni “ağır təhlükəsizlik insidenti” adı ilə təqdim edib. Təlafatın əsl miqyasını gizlətmək məqsədilə yalnız üç hərbçinin öldüyü və yaralandığı rəsmən etiraf edilib.

Əl-Cəzirənin məlumatlarına görə, bu hadisədən (müqavimətin hücumundan) sonra İsrail helikopterlərinin Qəzzanın cənubundakı Xan Yunus şəhərinin şimal-şərqində eniş etdiyi müşahidə olunub. Bir neçə helikopterin enməsi, bu əməliyyat zamanı sionist hərbçilərin ağır itkilər verdiyini və İsrail ordusunun real tələfat statistikasını senzura altında saxladığını göstərir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib