Qəzza zolağında sionist casuslarına hökm oxundu

Qafqaztimes xəbər verir ki, Qəzza Hərbi Məhkəməsi cümə axşamı İsrailin bir sıra casus işi ilə bağlı mətbuat bəyanatı yayıb.

Fələstinin xəbər agentliyi SAMA-nın məlumatına görə, hərbi məhkəmə elan edib ki, məhkəmə orqanı vəzifəsi olaraq Fələstin cəmiyyətinin müdafiəsi və işğalçı sionist rejimin casusları ilə mübarizə çərçivəsində ötən sentyabr ayında və bu ay bir sıra casusluq işləri üçün hökm çıxarıb.

Qəzza Hərbi Məhkəməsindən verilən açıqlamaya görə, 6 nəfərə ölüm, bir neçə nəfərə ömürlük və ya bir neçə il müddətinə şərti cəza və icbari iş hökmü verilib. Bir nəfərə isə bəraət hökmü verilib.

Bəyanatda daha sonra qeyd olunur ki, məhkəmə sistemi bütün qərarları və hüquqi formallıqları keçmiş və 1979-cu il İnqilab Cinayət Prosessual Məcəlləsinin prinsiplərinə əsasən, məhkumlara bütün məhkəmə təminatları verilmişdir.

Qəzza Hərbi Məhkəməsi əlavə edib: “Özünü ədliyyə orqanlarına təslim edən şəxsin cəzası isə qanuna uyğun olaraq yüngülləşdiriləcək”.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)