Qəzza zolağında münaqişənin həlli üçün yeni plan təqdim edəcək

Qəzza zolağında münaqişənin həlli üçün yeni plan təqdim edəcək

Washington Post qəzeti İsrail baş nazirinin Filadelfiya dəhlizinin işğalına israrı ilə Amerikanın yeni plan təqdim edəcəyindən xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən,  Washington Post bügünkü (4 sentyabr) sayında yazıb: Prezident Co Bayden və müavini Kamala Harris ötən bazar ertəsi günü Qəzzədə atəşkəs və girov mübadiləsi zəminində müzakirələr aparıb və yeni saziş planı ehtimal üzrə gələn həftə İsrail və Həmasa təqdim olunacaq.

Bundan əvvəl də ABŞ BMT TŞ qətnaməsinə əsasən, belə bir plan təqdim etsə də Netanyahu bunu qəbul etməmişdi.

Digər bir məlumata görə Həmas rəsmisi Üsamə Həmadan bu xəbərə öz reaksiyasını elan edərək deyib: Amerika hakimiyyətinin Qəzza zolağında münaqişənin həlli üçün yeni plan təqdim etmək niyyəti müharibənin bitməsinə kömək etməyəcək.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib