Qəzza şəhidlərinin sayı 28 minə yaxınlaşır

Ötən ilin oktyabrın 7-dən bəri İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin ümumi sayı 27585-ə çatıb.

İRNA-nın məlumatına əsasən, bu barədə Qəzzadakı səhiyyə nazirliyi məlumat yayaraq elan edib: Bundan əlavə, Qəzza zolağında 66978 fələstinli yaralanıb.

Son 24 saat ərzində İsrailin zərbələri nəticəsində 127 fələstinlinin şəhid olduğu və 143 nəfərin yaralandığı qeyd olunub.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də Həmasın İsrailin cənubuna gözlənilməz Əl Əqsa Tufanı əməliyyatından sonra 1200-dən çox israilli ölüb və 240-dan çox israilli girov götürülüb.

Related posts

Həmas işğalçı rejimin Qəzzə müharibəsi üçün afrikalı qaçqınlardan istifadəsinə reaksiya verib

Haarets: Yəmənlilərin raketi İsrailin RMS-nin zəifliyini faş etdi

Netanyahu Ənsarullahın Tel Əvivə hücumuna reaksiya verdi