Qəzza müharibəsindəki itkilər sionistləri Hummer avtomobillərini kütləvi şəkildə almağa vadar etdi

İsrailin Müdafiə Nazirliyi öz hərbi bölmələrini təchiz etmək məqsədilə yüzlərlə Hummer avtomobili almağa çalışır.
Qafqaz Times-ın məlumatına görə, sionist rejimin “Kanal 14” televiziya şəbəkəsi bu barədə verdiyi reportajda bildirib ki, İsrail Müdafiə Nazirliyi ABŞ-ın AM GENERAL şirkəti ilə 500 milyon şekel dəyərində müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, quru qoşunları üçün yüzlərlə yüngül Hummer tipli avtomobil alınacaq.

Müqavilə İsrail Müdafiə Nazirliyinin baş direktoru tərəfindən imzalanıb və dəyərinin 500 milyon şekeli aşacağı gözlənilir.

Bu Hummer avtomobilləri ilə birlikdə, onların ehtiyat hissələrinin də əhəmiyyətli miqdarda İsrailə göndərilməsi planlaşdırılır.

Qəzza müharibəsində çox sayda sionist hərbi nəqliyyat vasitəsinin hədəfə alınması səbəbilə İsrail ordusunun bu avtomobillərə ehtiyacı artıb. Buna görə də, Amerika şirkəti cari ilin sonunadək (yəni qarşıdakı 5 ay ərzində) onlarla avtomobili təhvil verəcəyinə söz verib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib