Qəzza “mələyi” pərvaz etdi

Qafqaztimes xəbər verir ki, dünən səhərdən etibarən Fələstinli gözəl bir qız uşağının fotosu mediada və internet məkanında yayımlanmaqdadır. Adı Məlak Rəfət əl-Tənani olan bu Qəzzalı qız uşağı da sionist rejimin cinayətlərindən yaxa qurtarmamış, valideynləri və digər ailə üzvləri ilə birlikdə şəhadətə yetişmişdir.

“Al-Mashreq” veb saytı bu faciə barəsində yazıb: “Bu “mələk” bir daha gözlərini açmayacaq. Heç vaxt məktəbə getməyəcək, bir daha saçlarını daramayacaq və bir daha bayram paltarını geyməyəcəkdir, çünki İsrail döyüşçüləri evlərini bombaladı və bayram paltarları yerinə ona tüstü və barıt qoxusuna batmış bir kəfən verdi.”

Məlak, Qəzza zolağının şimalındakı Beyt Lahya şəhərindəki evlərinin bombalanması nəticəsində atası Rafat əl-Tanani (39 yaş) və anası Raviyyə Əbu Əsr (35 yaş) ilə birlikdə şəhid olmuşdur.

Məlakın qardaşları İsmayıl (6 yaş), Əmir (5 yaş), Ədhəm (4 yaş) və Məhəmməd (3 yaş) də bu bombardmanda şəhid olmuşlar.

Qəzza Mülki Müdafiə Təşkilatı, sionist rejimin Qəzzanın müxtəlif bölgələrinə hücumları və bombardmanları başladığı gündən bəri şəhid sayının 142-yə çatdığını açıqlayıb. Bunlardan 39-u uşaq, 22-si isə qadındır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya