Qəzzədə yaşamaq üçün bir yer qalmayıb

Qəzzədə yaşamaq üçün bir yer qalmayıb

Qəzzə zolağının Xilasetmə Təşkilatı sözçüsü bu sektorda yaşayış üçün münasib olan heç bir mənzilin qalmadığını vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Mahmud Bəsəl dünən (15 noyabr) deyib: Qəzzədə vəziyyət günü-gündən pisləşir və fələstinlilərin ən cüzi ehtiyacları belə təmin olunmasına şəraiti olan bir mənzil belə qalmayıb.

Əl Məyadin telekanalına müsahibə verən Mahmud Bəsəl 400 gündən artıqdır ki, davam edən soyqırımla qarşı-qarşıya olduqlarını qeyd edərək deyib: Əlimizdə imkanlar olsaydı, bəlkə də minlərlə insanın canını ölümdən xilas edə bilərdik. Amma təəssüflər olsun ki, Qəzzə körpələrinin üzündə aclıq və qıtlıq görünür, qidalanma problemləri müxtəlif xəstəliklərə səbəb olur.

Mahmud Bəsəl əlavə edib: Sionist rejim bombardmanlardan əlavə Qəzzəni aclıq, susuzluq, tibbi çatışmazlıq və digər vasitələrlə də qətliam etməyi qarşısına məqsəd qoyub.

Related posts

Hənzələ əməliyyatı: Sionist rejim tarixində ən böyük həkləmə

Sionist girovların Netanyahuya müraciəti davam edir

Sionistlərin əksəriyyəti girov mübadiləsi tələb edir