Qəzzədə tarixi məscidi dağıtmaqla İslamın izlərini silməyə çalışırlar – Fotolar

Sionist işğalçı rejim Qəzzanın tarix və mədəniyyət abidələrini, o cümlədən “Əl-Öməriyyə” məscidini qəsdən dağıdıb məhv edir. Bu məscid Fələstinin ən qədim məscidlərindən biridir.
“Əl-Öməri” məscidi İslam tarixi və sivilizasiyasının müxtəlif dövrlərini keçmiş tarixi əsərdir.

Qafqaztimes xəbər verir ki, Turist-dini bələdçi Tarik Həniyə sionist rejim tərəfindən bu məscidin dağıdılmasının səbəbi ilə bağlı Əl-Aləm müxbirinə deyib: Bunun səbəbi sionistlərin nifrətidir. Məhz bu torpaq və onun tarixi “İsrail”ə deyil, Fələstinə aiddir. Məscidül-Əqsadan sonra bu məscid bizim ən görkəmli mədəniyyət simvolumuzdur və müxtəlif vaxtlarda minlərlə insan onu ziyarət edir. Bu məscid bu torpaqların ta qədimdən müsəlmanlara aid olmasının sübutlarındandır.


Al-alam

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Qəzza Qəssabı dünyanı xilas edəcək?