Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı

Bu gün daha bir fələstinli jurnalist işğalçı rejimin Rəfahdakı hücumlarında şəhid olub.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (25 aprel) Fələstin xəbər agentliyinin müxbiri Məhəmməd Bəssam  Əl Camal Qəzzanın cənubunda yerləşən Rəfah şəhərində evinə edilən bombalı hücumda şəhid olub. Bu hücumda ondan başqa daha 6 nəfər şəhid olub və yaralananlar da var.

Bu hesabla Qəzzə müharibəsinin jurnalist şəhidlərinin sayı 141-ə qədər yüksəlib.

Məlumata görə sionist hərbçilərin Rəfahın şərqindəki Əl Ceninə hücumu nəticəsində yaralanan Əl Cəmal aldığı ağır yaralar səbəbindən bu gün dünyasını dəyişib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur