Qəzzədə İsraili şoka salan sənədin üzə çıxması

İsrailin təhlükəsizlik qurumlarının nüfuzuna xələl gətirən sənədin üzə çıxması

Qəzzada HƏMAS-dan İsrail ordusunun əlinə keçən sənəd Əl-Əqsa fırtınası əməliyyatında bu rejimin təhlükəsizlik qurumlarının aldadılmasının yeni ölçülərini ortaya qoyur.

İndiyə qədər İsraildə ümumi inanc budur ki, 7 oktyabr 2023-cü ildə hücum əmri (Əqsa Fırtınası əməliyyatı) sirrin aşkar olmaması üçün hücumdan bir gün əvvəl verilmiş və şəhid Yəhya Sinvar bu əmri vermişdi.

Amma İsrail ordusunun Qəzzadakı müharibə zamanı HƏMAS sığınacaqlarından əldə etdiyi sənəddə hücum qərarının 2 həftə əvvəl verildiyi və bu əmri verənin şəhid Məhəmməd Zeyf olduğu ortaya çıxır.

İsrail Yayım Təşkilatına (İbrani Kan Şəbəkəsinə) görə, İsrailə ikiqat sürpriz bu oldu:
Necə oldu ki, bu rejimin təhlükəsizlik orqanları hücum əmri verilməsindən 2 həftə xəbərsiz qaldı?
Bir halda ki, hücum əmri Qəzzada HƏMAS hərəkatının 25 liderinə çatdırılmışdı.

Qafqaztimes

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur