Qəzzədə Fələstin müqavimətinin sionist Kizovim qəsəbəsinə raket hücumu

Sionistlərin Qəzzə yaxınlığındakı Kizovim qəsəbəsi Fələstin müqavimətinin raket hücumu ilə hədəfə alınıb.

Qafqaztimes xəbər verir ki, sionist 13 televiziya kanalı cümə axşamı günü Qəzza zolağının cənubundan bu zolağın yaxınlığındakı Kizovim bölgəsinə doğru raket atıldığını elan edib.

Bu rejimin 12 televiziya kanalı da Kizovimə raket atıldığını, itki və dəyən ziyanın miqdarının hazırda məlum olmadığını açıqlayıb.

Eyni zamanda, sionist işğalçı ordusu bu gün səhər İordan çayının qərb sahilindəki Nablus şəhərinin şərqində yerləşən Balata düşərgəsini pilotsuz təyyarə ilə hədəfə alıb.

Bu cinayətkar hücum nəticəsində 2 fələstinli şəhid olub, daha 5 nəfər yaralanıb.

Alalam

Related posts

Pezeşkian: Bir olmadığımıza görə İsrail bu cinayətləri törətməyə cəsarət edir

İsrail generalı: Həması məhv edə bilməyən İsrail ordusu Hizbullahı məğlub edə bilməz

Livandakı terror hadisəsinin qurbanları müalicə üçün İrana köçürülür – video