Qəzzə yeni raket sınağı keçirdi

Qəzzədə Fələstin müqaviməti öz hərbi qabiliyyətlərini genişləndirmək çərçivəsində yeni raketləri sınaqdan keçirib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (4 sentyabr) müqavimət qrupları hərbi qabiliyyətlərini genişləndirmək və ondakı diqqəti artırmaq çərçivəsində Aralıq dənizinə tərəf 2 sınaq raketi atıb.

Həmas Hərəkatı bu raketin potensialları barədə hələ heç bir bəyanat yayımlamayıb.

Müqavimət sionist rejimlə ehtimal olunan hər hansı qarşıdurma, eləcə də mesaj göndərmək üçün öz hazırlıqlarının bir hissəsi kimi, dövri surətdə Qəzzə zolağının sahillərindən raket sınağını təkrar edir.

Fələstin müqavimət qruplarının Həmas və İslami Cihad Hərəkatı Qəzzə zolağında bir neçə dəfə modern raketlərini sınaqdan keçirib. Fələstin müqavimət qrupları heç vaxt xinayətkar rejim qarşısında sakit qlmayacaqlarını, qətiyyətlə mübrizəyə davam edəcəklərini vurğulayırlar.

Related posts

Sionist baş nazir yenə İranı hədələdi

Bəqayi: Sionistlər qəsdən xilaskarları hədəf aldı

İsrail Qəzzədə jurnalist çadırını hədəf aldı