Qəzzə: Ötən 2 gün ərzində humanitar yardımların sadəcə 30%-i daxil olub

Qəzzə: Ötən 2 gün ərzində humanitar yardımların sadəcə 30%-i daxil olub

Fələstin informasiya qaynaqları Ötən 2 gün ərzində humanitar yardımların sadəcə 30%-i daxil olduğundan xəbər verirlər.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Fələstin dövlətinin media ofisi dünən (16 fevral) bəyanat yayaraq elan edib ki, sionist rejim işğalçıları Qəzzəyə humanitar yardım gətirən yük maşınlarının sadəcə 30%-i daxil olub. Bu isə Qəzzə xalqının çətinliklərinə səbəb olub. Halbuki İsrail-Həmas razılaşmasına əsasən, gündə 50-si yanacaq olmaqla 500 yük maşını daxil olmalıdır.

Bəyanatda həmçinin deyilir: Sionist rejim ağır texnika və yığma evlərin Qəzza zolağına daxil olmasına icazə vermir. Ötən gün Qəzzəyə təkcə 70 yük maşını daxil olub və onlardan 12-si yanacaqdır.

Məlumatda deyilir: Dünən 70 humanitar yük maşını  Əbu Salim keçid məntəqəsindən Qəzzəyə daxil olub. Bu isə atəşkəs razılaşmasından sonra ən az miqdarı ehtiva edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur