Qəzzə müharibəsində sionist rejimin tələfatı barədə yeni faktlar aşkara çıxıb

Qəzzə müharibəsindən 92 gün keçməsi ilə sionist rejimin tələfatı barədə yeni faktlar ifşa edilib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, israil mediaları müharibə nazirliyinə istinadən ötən 3 ay ərzində 12 min sionist hərbçinin tamamilə əlil olduğunu və artıq müharibəyə yararlı olmadığını elan edib.

Məlumata görə müharibə nazirliyinin verdiyi proqnoza əsasən, bu statistikaya görə ordudakı əlillərin sayı 20% artıb. Müharibədə yaranan sionist hərbçilərin sayının artması ilə İsrail misli görünməmiş  bir tələfatla qarşı-qarşıyadır.

Mediaların yazdığına görə əlil hərbçilərin müalicə və pensiyaları nazirlər kabineti tərəfindən təmin edilməlidir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir