Qəzzə müharibəsi şəhidlərinin sayı 27 mini ötdü

İsrailin zərbələri nəticəsində ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 27 mini keçib.

Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, 7 oktyabrdan bu günə kimi Qəzzə zolağında 27019 fələstinli həlak olub, 66139 fələstinli yaralanıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də Əl Əqsa Tufanı əməliyyatından sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

Fələstin dövlətinin Qəzzadakı İnformasiya İdarəsi əlavə edib: Sionist rejimin bu zolağa təcavüzü başlayandan bəri 2 milyon insan köçkün və evsiz qalıb.

Bu hesabatda əlavə olunur ki, 234 min yaşayış məntəqəsi qismən zədələnib, 46 min yaşayış məntəqəsi isə tamamilə dağılıb.

Fələstin Administrasiyasının İnformasiya idarəsi daha sonra bildirib ki, oktyabrın 7-dən bəri 266 məktəb hədəfə alınıb, onlardan 67-si tamamilə dağıdılıb, 103 dövlət mərkəzi və binası da hədəfə alınıb və zədələnib, 88 məscid tamamilə dağıdılıb, 3 kilsə isə bombalanıb.

Related posts

Həmasla müharibə İsraili çökürür – Video

Lapid: Hərtərəfli razılaşma üçün çalışmaq lazımdır

İşğalçılar Rəfəhdə raketlə vuruldu