Qəzzə müharibəsi İsrail iqtisadiyyatını nə hala saldı?

Sionist iqtisadçılar Təl-Əviv rəsmilərinə xəbərdarlıq ediblər ki, Qəzzə müharibəsi 2025-ci ilə qədər bitməsə, rejimin iqtisadi vəziyyəti daha da pisləşəcək.

Qafqaztimes xəbər verir ki, Amerika mətbuatının yazdığına görə, İsrail rejiminin hazırkı vəziyyəti bu rejimin Qəzzədə 10 aylıq müharibə zamanı çəkdiyi və hələ də davam edən ağır xərclərin nəticəsidir.

İsrail rejiminin baş naziri Benyamin Netanyahu iqtisadi zərərin qısamüddətli və müvəqqəti olduğunu bildirərək, sionist ekspertlərin qorxularını aradan qaldırmağa çalışıb, lakin onun bəyanatının əksinə olaraq Qəzzadakı müharibə minlərlə kiçik biznesə və beynəlxalq təşkilatlara ziyan vurub, İsrail iqtisadiyyatına inamı sarsılıdıb.

ABC News-un məlumatına görə, bəzi tanınmış iqtisadçılar atəşkəsin sionist rejimin daha çox zərərə uğramasının qarşısını almaq üçün ən yaxşı yol olduğunu deyirlər.

İsrailli iqtisadçı Jacob Shinin hesab edir ki, müharibənin ümumi zərəri 120 milyard dollara və ya İsrailin ÜDM-nin 20%-nə çata bilər.

Al-alam

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri