Qəzzə işğal olunmuş ərazilərə raketlə hücum edir

Qəzzə işğal olunmuş ərazilərə raketlə hücum edir

Sionist rejim mediaları Qəzzə zolağından işğal olunmuş torpaqlara raketlə hücumlardan xəbər verirlər.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, bu barədə Əl Əhd telekanalı da bu gün ( 18 may) xəbər verib ki, işğal olunmuş Fələstində inşa edilmiş sionist qəsəbələrinə Qəzzə zolağından 2 raket atıldı.

Sionist qaynaqlar atılan bu raketlərin zərərsizləşdirildiyini iddia edib.

Məlumata görə, sionist rejim daxili cəbhə qaynaqları Kissofim qəsəbəsinə raket hücumundan sonra təhlükə sirenlərinin işə düşdüyünü elan ediblər.

Əl Cəzirə telekanalının məlumatına görə, İsrail ordusunun daxili bölmə komandanlığı Qəzzanın cənubunda yerləşən Kissofimdə həyəcan sireninin çalınıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur