Qəzzə daha 100 şəhid verdi

Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi sionist rejimin Qəzzə zolağına hücumları nəticəsində daha 100 fələstinlinin şəhid olduğundan xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Fəslətin səhiyyə nazirliyinin bu gün səhər (20 dekabr) verdiyi xəbərə görə dünən sionist rejim dəfələrlə Qəzzənin müxtəlif yerlərində soyqırımı missiyasını davam etdirib. Nəticədə 100 nəfər şəhid olub və yüzlərlə insan yaralanıb.

Həmas və Fələstin müqavimət qruplarının məhvini qarşıya məqsəd qoyan sionist rejim 2 aydan çoxdur ki, Qəzzə xalqının qanına susamış kimi soyqırımı missiyasını irəli sürür. Amma bununla belə hələ heç bir məqsədinə çatmayıb.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir