Qəza törədib polisdən qaçmaq istəyən sürücü parkinqdə 15 dövrə vurdu (Video izlə)

Bakıda yol-nəqliyyat hadisəsi törədən sürücü qaçmağa çalışıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, qəza törədən “Mercedes S-Class” markalı avtomobilin sürücüsü YPX-nin “Saxla” əmrinə tabe olmayaraq, nəqliyyat vasitəsi ilə parkinqə girib və orada 15 dövrə vurub.

Daha sonra polislər onu saxlayıblar.

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, yol polisi əməkdaşlarının “Saxla” əmrinə tabe olmayan sürücü barəsində inzibati qaydada qanunamüvafiq tədbirlər həyata keçirilib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir